- hdr@shirvanagro.az
- +994 (12) 565 00 50
Azərbaycan Respublikasında yaradılan əlverişli biznes və investisiya mühitindən faydalanaraq kənd təsərrüfatının mühüm istiqamətlərindən biri olan heyvandarlıq sahəsinin inkişafına investisiya qoymaq məqsədilə “ŞİRVAN AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti 22 iyun 2017-ci il tarixində təsis edilməklə dövlət qeydiyyatına alınmışdır.
Şamaxı rayonu, Bakı-Şamaxı yolunun 114-cü kilometrliyin yaxınlığında yerləşən “ŞİRVAN AQRO” MMC-yə məxsus torpaq ərazisində 3000 baş xarici cins iribuynuzlu mal-qaranın (danaların) kökəldilməsi və 2400 baş damazlıq inək üçün fermanın fəaliyyəti nəzərdə tutulmuşdur.
“ŞİRVAN AQRO” MMC gələcəkdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq fəaliyyət göstərəcəyi sahələrdə beynəlxalq təcrübədən istifadə edərək nailiyyətlərini daha da artırmaq əzmindədir.
Zamanın tələblərinə uyğun olaraq istifadə olunan ət təsərrüfatı, süd təsərrüfatı və ət kəsimi məntəqəsi tamamilə yeni və innovativ texnologiyalardan istifadə edir!
Missiyamız
Şirkət ölkəmizin inkişaf edən kənd təsərrüfatı fəaliyyətilərinin ehtiyaclarına xidmət etmək, cəsarətli yeni düşüncə tərzlərini təşviq etmək üçün yaxşı imkan verəcək. Biz dərk edirik ki, məqsədimizə çatmaq üçün yüksək standartlara uyğun fəaliyyət göstərməliyik.
Məhz buna görə biz fəalliyətlərimizi aşağıdakılara uyğun müəyyən etmişik:
Müəssisənin investisiya strategiyası, məhsulların keyfiyyətinin yaxşılaşdırılması üçün xammal emalının yeni üsullarından, resursa qənaət edən texnologiyalardan və texnoloji proseslərə nəzarətin avtomatlaşdırılmasından istifadə etməklə yeni avadanlıqlarla təmin olunacaq.
Bu, müəssisədə istehsal olunan qida məhsullarının davamlı olaraq yüksək keyfiyyətinə, təhlükəsizliyinə və konservantlardan istifadə etmədən uzun ömürlü təbii süd və ət məhsullarının istehsalına zəmanət verəcək.
Biz yeni şirkət olaraq çalışacağıq ki, məhsullarımız təkcə ölkəmizdə deyil, xaricdə də tanınsın. Ona görə də ixrac istiqamətini fəal şəkildə inkişaf etdirmək fikrindəyik.